Hakan Fidan Brüsseldə keçiriləcək 1-ci Nüvə Enerjisi Sammitində iştirak edəcək

Hakan Fidan Brüsseldə keçiriləcək 1-ci Nüvə Enerjisi Sammitində iştirak edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Belçika hökumətinin ev sahibliyi ilə martın 21-də Brüsseldə keçiriləcək 1-ci Nüvə Enerjisi Sammitində iştirak edəcək.

Birxeber.Az xəbər verir ki, bu barədə TRT Haber diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumatda Fidanın sammitə nümayəndə heyəti ilə qatılacağı, nümayəndə heyətinin rəhbəri kimi dövlət və hökumət başçılarının iclasında çıxış edəcəyi, nazirlər iclasının keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Brüsseldə nazirlərin və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə dörd ayrı panelin keçiriləcəyi gözlənilir.