BMT: “Ukraynalı qaçqınların sayı 10 milyona çatıb”

BMT: “Ukraynalı qaçqınların sayı 10 milyona çatıb”

Ukraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Onun sözlərinə görə, 6,3 milyon insan xaricə gedib, daha 3,7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib.

Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27,5 min evin bərpasına yardım edib.