“Vedomosti”: Putin beşinci inauqurasiyasından sonra ilk xarici səfərini Çinə edə bilər

“Vedomosti”: Putin beşinci inauqurasiyasından sonra ilk xarici səfərini Çinə edə bilər

Rusiya prezidenti Vladimir Putin beşinci inauqurasiyasından sonra ilk xarici səfərini Çinə edə bilər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın “Vedomosti” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Putin Çinə may ayının ikinci yarısında səfər edəcək.

Hazırlıqlar barədə məlumatı “Vedomosti”yə səfərin təşkili prosesini bilən iki həmsöhbət təsdiqləyib. Mənbənin sözlərinə görə, müzakirələrin gündəliyinə ilk növbədə regional təhlükəsizlik, ikitərəfli münasibətlər, Rusiya və Çin arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi, həmçinin Belarusun yaxın vaxtlarda qoşulacağı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) genişləndirilməsi prosesi və BRİCS-in işi daxil olacaq.