Azərbaycanın 7 gimnastı beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın 7 gimnastı beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanın 7 gimnastı Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

“Birxeber.Az”un məlumatına görə, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli yarışda qüvvələrini sınayacaqlar.

Onlar bu gün startı veriləcək turnirdə tamblinq növündə mübarizə aparacaqlar.

Qeyd edək ki, martın 22-dək davam edəcək yarışa beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də idmançılarla birlikdə yola düşəcəklər.