Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub - YENİLƏNİB

Daşkəsən sakinini bıçaqlayan şəxs tutulub.

Birxeber.Az-nın yerli bürosuna bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Daşkəsən rayon Polis əməkdaşlarının keçirdikləri əməməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Əfqan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

19 mart- 21:18

Daşkəsəndə bıçaqlanma baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binalardan birinin qarşısında qeydə alınıb.

1990-ci il təvəllüdlü Məzahir Məmmədov kürək nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, M.Məmmədov tanışları ilə dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.