Nigeriyada yük maşını insanları vurub: 10 ölü, 48 yaralı var

Nigeriyada yük maşını insanları vurub: 10 ölü, 48 yaralı var

Nigeriyada yük maşınının iştirakı ilə ağır yol qəzası olub.

Birxeber.Az xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi məlumat yayıb.

Kaduna əyalətində qeydə alınan hadisədə 10 nəfər ölüb, 48-i yaralanıb.

Bildirilib ki, idarəetmədən çıxan maşın insanları vurub.

Bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.