Azərbaycan səfiri Koreyada keçirilmiş konfransda COP29-a hazırlıq işlərindən danışıb

Azərbaycan səfiri Koreyada keçirilmiş konfransda COP29-a hazırlıq işlərindən danışıb

Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov İqlim Məsələləri Konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-a hazırlıq işləri barədə danışıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Seuldakı səfirliyi, həmçinin diplomatik missiyanın rəhbəri paylaşım edib.

“WWF Koreyanın (Ümumdünya Təbiəti Mühafizə Fondunun Koreya nümayəndəliyi - red.) ev sahibliyi etdiyi İqlim Məsələləri Konfransında Azərbaycanın ekologiya təhlükəsizliyi, dayanıqlı enerji və yaşıl inkişaf siyasəti, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin yaşıl zonaya çevrilməsi, habelə COP29-a hazırlıq işləri barədə çıxış edib”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Konfransda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalamış bütün 199 ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.