Ceyhun Bayramov Cozef Borellə telefonla danışıb

Ceyhun Bayramov Cozef Borellə telefonla danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Bu barədə "Birxeber.Az"a Azərbaycan XİN-dən bildirilib.

Telefon danışığı zamanı, bölgədəki cari vəziyyət, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələr, Avropa İttifaqının Ermənistandakı missiyası, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib.

Nazir Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların haqlı etirazlarının səbəbinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və ekoloji problemlər, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə halları olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin dayandırılmasının əhəmiyyəti vurğulanıb.

C.Bayramov, həmçinin guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçdiyini, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb.

Ali nümayəndə Cozef Borel bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici siyasət Xarici siyasət
Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına əlavə 2 milyon dollar ayırıb

Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına əlavə 2 milyon dollar ayırıb

Xarici siyasət Xarici siyasət
Türkiyəli politoloq: “Ermənistan rəhbərliyi BMT TŞ-nin iclasında gözlədiyi nəticənin olmayacağını bilirdi”

Türkiyəli politoloq: “Ermənistan rəhbərliyi BMT TŞ-nin iclasında gözlədiyi nəticənin olmayacağını bilirdi”

Xarici siyasət Xarici siyasət
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Xarici siyasət Xarici siyasət
Sloveniya XİN Azərbaycan və Ermənistana çağırış edib

Sloveniya XİN Azərbaycan və Ermənistana çağırış edib

Xarici siyasət Xarici siyasət
Zaxarova: “Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq regionda sabitliyin əsas elementlərindən biridir”

Zaxarova: “Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq regionda sabitliyin əsas elementlərindən biridir”

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb

Azərbaycan XİN başçısı ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb

Xarici siyasət Xarici siyasət
Hikmət Hacıyev: "Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik"

Hikmət Hacıyev: "Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik"

Xarici siyasət Xarici siyasət
Azərbaycanın Müstəqillik Günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib

Azərbaycanın Müstəqillik Günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: “Kanadanın qərəzli bəyanatını qəti şəkildə rədd edirik”

Azərbaycan XİN: “Kanadanın qərəzli bəyanatını qəti şəkildə rədd edirik”

Xarici siyasət Xarici siyasət
Səfir XİN-ə çağırılıb, Azərbaycan Fransaya nota verib

Səfir XİN-ə çağırılıb, Azərbaycan Fransaya nota verib

Xarici siyasət Xarici siyasət
Latviya Azərbaycanla Ermənistan arasında sülh prosesində beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıdır

Latviya Azərbaycanla Ermənistan arasında sülh prosesində beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıdır

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov: “İsrail şirkətlərinin “ağıllı şəhər” konsepsiyasının icrasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”

Ceyhun Bayramov: “İsrail şirkətlərinin “ağıllı şəhər” konsepsiyasının icrasında əməkdaşlığa göstərdiyi marağı yüksək qiymətləndiririk”