Bayden Novruz bayramı bəyanatında iranlı qadınların mübarizəsi və Fələstindən danışıb

Bayden Novruz bayramı bəyanatında iranlı qadınların mübarizəsi və Fələstindən danışıb

ABŞ azadlıqları uğrunda mübarizə aparan iranlı qadınları dəstəkləyəcək, fundamental insan haqlarını pozan iranlı məmurları isə məsuliyyətə cəlb edəcək. Vaşinqton Qəzza zolağına humanitar yardımın artırılmasına səy göstərəcək.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə verdiyi bəyanatda bildirilib.

“Bu il Novruz çoxları üçün çətin bir vaxtda – ... ümidə hər zamankından daha çox ehtiyac duyulan bir vaxtda gəlir. ABŞ öz azadlıqları uğrunda mübarizə aparan İranın cəsur qadınlarının yanında olmağa davam edəcək. Tərəfdaşlarımızla birlikdə İran məmurlarını fundamental insan haqlarını pozduqlarına görə məsuliyyətə cəlb edəcəyik. Qəzzadakı müharibə də Fələstin xalqına dəhşətli əzablar verib və biz onları təcili ehtiyac duyulan qida, su, dərman və çadır da daxil olmaqla, daha çox humanitar yardımla təmin etmək üçün beynəlxalq səylərə başçılıq etməyə davam edəcəyik”, – dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.