Şəmkirdə restoranın qarşısında yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə restoranın qarşısında yol qəzası olub, xəsarət alanlar var

Şəmkir şəhərində restoranların birinin qarşısında yol-nəqliyyat hadisəsi olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü K.Hüseynov, 2002-cü il təvəllüdlü H.Hacıyev və 2003-ci il təvəllüdlü M.Səfərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.