CAR-da səkkiz meyit tapılıb

CAR-da səkkiz meyit tapılıb

Cənubi Afrikanın Yohannesburq şəhərinin qərbindəki bir ərazidə polis tərəfindən səkkiz cəsəd tapılıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qauteng əyalət polisinin sözçüsü Mavela Masondonun sözlərinə görə meyitlərin üzərində güllə yarası var.

İlkin araşdırmalara görə, ölənlər Cənubi Afrikaya qanunsuz yolla gələn miqrantlardır.