Ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyənləşir

Ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyənləşir

Dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.

"Report"un xəbərinə görə, bununla bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov məlumat verib.

O bildirib ki, layihə normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi təklif edilir.

Bundan başqa, 2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir.

Konstitusiya qanunu layihəsində, həmçinin dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.

Layihənin müzakirəsində komitə sədri Əli Hüseynli və komitənin sədr müavini Qüdrət Həsənquliyev sənədlə bağlı qeydləri və rəylərini səsləndiriblər.

Sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda deputatlar Fəzail Ağamalı, Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclis Milli Məclis
Milli Məclisin sədri Kambocada ASEAN PA-nın baş katibi ilə görüşüb

Milli Məclisin sədri Kambocada ASEAN PA-nın baş katibi ilə görüşüb

Milli Məclis Milli Məclis
Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlanır”

Əhliman Əmiraslanov: “Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlanır”

Milli Məclis Milli Məclis
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclası Tbilisidə keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclası Tbilisidə keçiriləcək

Milli Məclis Milli Məclis
Deputat: "Parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir"

Deputat: "Parkinson xəstələri əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı incidilir"

Milli Məclis Milli Məclis
Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclis Milli Məclis
Vahid Əhmədov: "Sahil Babayevin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm"

Vahid Əhmədov: "Sahil Babayevin uşaqpulu ilə bağlı fikirlərini qəbul etmirəm"

Milli Məclis Milli Məclis
Milli Məclis aprelin 4-də toplanır, 29 məsələyə baxılacaq

Milli Məclis aprelin 4-də toplanır, 29 məsələyə baxılacaq

Milli Məclis Milli Məclis
Qənirə Paşayeva: “Tarixi və mədəniyyət abidələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər”

Qənirə Paşayeva: “Tarixi və mədəniyyət abidələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər”

Milli Məclis Milli Məclis
Atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

Atalıq məzuniyyəti ilə bağlı qanun layihəsi hazırlanıb

Milli Məclis Milli Məclis
Milli Məclis Vətən müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib - YENİLƏNİB

Milli Məclis Vətən müharibəsinin başlamasının ikinci ildönümü ilə əlaqədar bəyanat qəbul edib - YENİLƏNİB

Milli Məclis Milli Məclis
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib

Milli Məclis Milli Məclis
Deputat: "Azərbaycan üçün Ermənistandan hələ də terror təhlükəsi var"

Deputat: "Azərbaycan üçün Ermənistandan hələ də terror təhlükəsi var"