Goranboyda maşın divara çırpılıb, ölən var - FOTO - YENİLƏNİB

Goranboyda maşın divara çırpılıb, ölən var - FOTO - YENİLƏNİB

Xəbərə foto əlavə edilib.

***

saat 17.01

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını divara çırpılıb. Nəticədə maşında olan sərnişin 1987-ci il təvəllüdlü Natiq Abdıyev hadisə yerində ölüb.

Sürücü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.