Lənkəranda baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub - YENİLƏNİB
Lənkəranda baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
"Birxeber.Az"un Cənub bürosunun məlumatına görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.
2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lənkəran rayonunda ağır yol qəzası olub.
"Birxeber.Az"un cənub bürosunun məlumatına görə, yol qəzası rayonun Liman şəhəri ərazisində baş verib.
Belə ki, "VAZ-2106" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.