Lənkərandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Lənkərandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Birxeber.Az - nın cənub bürosunun verdiyi xəbərə görə qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb. 2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə çatdırılıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.

***

17:56

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az - nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə köhnə Ələt - Astara magistralının 186-cı km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-21011" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.