Azərkosmosun fəaliyyət istiqamətləri üzrə lisenziya və icazələrin siyahısı təsdiqlənib

Azərkosmosun fəaliyyət istiqamətləri üzrə lisenziya və icazələrin siyahısı təsdiqlənib

Nazirlər Kabineti Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısını təsdiqləyib.

Birxeber.Az-nın xəbərinə görə, qərara əsasən, “Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı” və “Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı” təsdiq edilib.

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların

S İ Y A H I S I

Sıra

№-si

Fəaliyyət növünün adı

1.

İP-telefoniya (internet telefoniya)

Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin

S İ Y A H I S I

Sıra

№-si

İcazənin adı

1.

“İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən aşağıdakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün

icazə:

1.1.

mülki məqsədlər üçün kosmik obyektlər: sistemlər və komponentlər, sınaq, nəzarət və istehsalat avadanlıqları, materiallar, proqram təminatı, texnologiyalar, işlər,

xidmətlər

2.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanu- nuna əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) aşağıdakı

əşyaların dövriyyəsinə icazə:

2.1.

kosmik-peyk rabitə vasitələri

2.2.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 54 nömrəli

4

Qərarı ilə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər

2.3.

telekommunikasiya, məsafədən müşahidə, naviqasiya, nəqliyyat, tədqiqat, sınaq, məskunlaşma təyinatlı kosmik obyektlərin yerüstü kosmik infrastrukturu üçün nəzərdə

tutulan radioqəbuledici qurğular (o cümlədən antenalar)

3.

“İstifadəsinə icazə vərəqəsi verilən radioelektron vasitələrin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 480 nömrəli Qərarı ilə müəyyən edilən

radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi