"Azərduz" Novruz bayramı münasibətilə sakinləri təbrik edib

"Azərduz"  Novruz bayramı münasibətilə sakinləri təbrik edib

Süfrələrin ayrılmazı, istehlakçıların yüksək qiymətləndirdiyi və mütəmadi olaraq müxtəlif sosial layihələr edən "Azərduz" markası ənənəsinə sadiq qalıb.

"Azersun Holding” məhsullarından ibarət bayram bağlaması hədiyyə edən marka Masazır və ətraf bölgələrdə yaşayan yüzlərlə şəhid və qazi, aztəminatlı ailələri sevindirib.

Qeyd edək ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilmiş Azərbaycan Duz İstehsalat Birliyi Masazır və ətraf qəsəbələrdə yüzlərlə insanın məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müəssisə tərəfindən istehsal olunan duzlar ölkəmizdə yod çatışmazlığının aradan qaldırılması üçün aparılan dövlət siyasətində mühüm yer tutur.