Ermənistan bankları Rusiyanın "Mir" ödəniş sistemindən imtina edib

Ermənistan bankları Rusiyanın "Mir" ödəniş sistemindən imtina edib

Ermənistan banklarının Rusiyanın "Mir" ödəniş sistemindən imtina etməsi təsdiqlənib.

Birxeber.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Respublika Banklar İttifaqı Ermənistan banklarının ikinci dərəcəli sanksiyalar riski səbəbindən bu qərara gəldiyini təsdiqləyib.

Bu risklər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Mir” ödəniş və hesablaşma sisteminə qarşı sanksiyalar elan etdikdən sonra yaranıb.

Bank VTB (Ermənistan) "Mir" sistemi ilə işləməyə davam edəcək.