Azərbaycan millisinin açıq məşqlərinin və mətbuat konfranslarının vaxtı müəyyənləşib

Azərbaycan millisinin açıq məşqlərinin və mətbuat konfranslarının vaxtı müəyyənləşib

Azərbaycan millisinin “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstan yığmalarına qarşı keçirəcəyi oyunlardan əvvəl baş tutacaq mətbuat konfransı və açıq məşqlərin vaxtı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Monqolustan ilə oyundan əvvəlki mətbuat konfransı və açıq məşq martın 21-də, Bolqarıstanla isə 24-də keçiriləcək.

21 mart

Monqolustan
10:00. Mətbuat konfransı
10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan
16:30. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

24 mart

Azərbaycan
16:30. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Bolqarıstan

18:00. Mətbuat konfransı
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd edək ki, məşqlər və mətbuat konfransları Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.