Pakistan Ərəbistan dənizində təlimə başlayıb

Pakistan Ərəbistan dənizində təlimə başlayıb

Pakistan Hərbi Dəniz Qüvvələri döyüş hazırlığını və strateji imkanları qiymətləndirmək üçün Ərəbistan dənizində genişmiqyaslı “Sea Spark 2024”adlı təlimə başlayıb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Təlimdə Hərbi Dəniz Qüvvələri, Dəniz Təhlükəsizliyi Agentliyi, Xüsusi Təyinatlı Qüvvələr və Dəniz Piyadaları Korpusu iştirak edir.

Qeyd edilib ki, “Sea Spark 2024” regional sülh və təhlükəsizliyi gücləndirmək məqsədilə Pakistanın Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və ordusunun operativ qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq.