Ağstafada avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

Ağstafada avtomobil qəzası olub, 4 nəfər xəsarət alıb

Ağstafa rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobil qəzası nəticəsində Aşağı Kəsəmən kənd sakinləri - 1982-ci il təvəllüdlü T.Bodurova, 1965-ci il təvəllüdlü S.Bodurova, 1990-cı il təvəllüdlü A.Bodurova və 2003-cü il təvəllüdlü S.Edilov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.