Rusiya boksçuları Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər

Rusiya boksçuları Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər

Rusiya boksçuları Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.

"Birxeber.Az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyasının (RBF) baş katibi Tatyana Kiriyenko bildirib.

RBF rəsmisi rusiyalı boksçularun beynəlxalq yarışlara neytral statusda getməsinin mümkünsüz olduğunu vurğulayıb: "Rusiya boksçuları heç vaxt bitərəf statusda yarışlara getməyəcəklər. Biz Vətənimizə xəyanət edə bilmərik! Heç kimi qınamırıq, amma aydın şəkildə formalaşmış mövqeyimiz var. Bu, bütün boks ailəsinin fikridir".

Qeyd edək ki, ötən il dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya təmsilçilərinə Paris-2024-də neytral statusda iştirak etməyə icazə verib.