Almaniya Ukraynaya 500 milyon avroluq hərbi yardım paketi ayıracaq

Almaniya Ukraynaya 500 milyon avroluq hərbi yardım paketi ayıracaq

Almaniya Ukraynaya yeni hərbi yardım paketinin ayrılacağını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ramşteyn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun bu gün keçirilən növbəti iclasında bildirib.

Nazir qeyd edib ki, 500 milyon avro dəyərində yeni hərbi yardım paketinə “Taurus” raketləri daxil edilməyəcək.

Bu görüşdə Ukrayna üçün prioritetlər hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin, uzaqmənzilli raketlərin verilməsidir, xüsusilə 155 mm kalibrli artilleriya mərmiləri, müasir EW və PER sistemləri, zirehli texnikalar müzakirə mövzusudur.