Gəncədə güclü yağış fəsadlara səbəb olub

Gəncədə güclü yağış fəsadlara səbəb olub

Gəncədə güclü yağış fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədə sel yaranıb. Sel suları evlərə dolub. Bundan başqa, yağış suları şəhərdə avtomobillərin və piyadaların hərəkətinə çətinliklər yaradıb.
Sakinlər bununla bağlı adiyyəti qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.