FHN TƏBİB-in əməkdaşları üçün yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirib

FHN TƏBİB-in əməkdaşları üçün yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirib

“Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yanğın, tikinti, texniki, nüvə və radiasiya təhlükəsizliyi sahələri üzrə birgə Tədbirlər Planı” çərçivəsində FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən TƏBİB-in əməkdaşları üçün “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

FHN-dən Birxeber.Az-ya verilən xəbərə görə, nazirliyin Hərbi və yanğın təhlükəsizliyi məsələləri üzrə analitik şöbəsi, Dövlət Yanğın Nəzarəti Xidməti və TƏBİB-in məsul vəzifəli şəxsləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, birgə fəaliyyət zamanı əldə olunmuş nəticələr barədə iştirakçılara məlumatlar veriblər.

Daha sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən TƏBİB-in tədbirə cəlb olunmuş əməkdaşlarına səhiyyə obyektləri ilə münasibətdə ərazinin və binaların saxlanılması, növbətçi xidməti heyətinin və növbətçilərin vəzifələri, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları, yanğın zamanı hərəkətlər barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə slaydlar, videoçarxlar nümayiş edilərək suallar cavablandırılıb.