Novruz bayramına görə mart ayının müavinətləri tam ödənilib

Novruz bayramına görə mart ayının müavinətləri tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödəyib.

Bu barədə "Birxeber.Az"a nazirlikdən məlumat verilib.

Bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.