Türkiyə ordusu terrorçuların diversiya cəhdinin qarşısını alıb, 1 şəhid, 4 yaralı var

Türkiyə ordusu terrorçuların diversiya cəhdinin qarşısını alıb, 1 şəhid, 4 yaralı var

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

“Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, - məlumatda bildirilib.

Şəhid və yaralıların adı hələ ki açıqlanmayıb.