ABŞ səfiri ailəsi ilə birlikdə “Yanardağ” və “Atəşgah” qoruqlarına gedib

ABŞ səfiri ailəsi ilə birlikdə “Yanardağ” və “Atəşgah” qoruqlarına gedib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) ailəsi ilə birlikdə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“Novruz mövsümündə “Atəşgah” və “Yanardağ”ı ziyarət etməkdən gözəl nə ola bilər? Ailəmlə orada olmaq mənə də nəsib oldu. Biz Azərbaycanın qədim və çoxşaxəli inanc ənənələri ilə tanış olmaqdan çox məmnun qaldıq”, - səfir qeyd edib.