Laçında “Can Laçın” devizi altında Novruz yarmarkası keçirilir

Laçında “Can Laçın” devizi altında Novruz yarmarkası keçirilir

Laçın sakinləri 32 ildən sonra baharın gəlişini doğma yurdlarında qarşılayırlar

Artıq Novruzun sonuncu çərşənbəsidir. Xalqımızın qədim adət - ənənəsi olan Novruz tonqalları işğaldan azad edilən ərazilərdə də alovlanır. Bu gün ilaxır çərşənbə münasibətilə Laçın şəhərində Həkəri çayının kənarında bayram tədbiri keçirilir.

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, bayram tədbirləri çərçivəsində “Can Laçın” adlı Novruz yarmarkası da təşkil olunub.

Bayram tədbirində Azərbaycan Prezidentinin Laçın rayonu üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər, qonaqlar da iştirak edirlər.

Novruz yarmarkasında Laçında ərsəyə gələn məhsullarla yanaşı, ölkənin tanınmış sənətkarların əl işləri də sərgilənir.

Mərasimdə milli adətlərə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunacaq.