Moldova rusiyalı diplomatı “persona non qrata” elan edib

Moldova rusiyalı diplomatı “persona non qrata” elan edib

Moldova Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” ("arzuolunmaz şəxs") elan edib.

APA xəbər verir ki, bu barədə Moldova XİN mətbuat xidməti məlumat yayıb.

Buna səbəb kimi Rusiya tərəfdən Dnestryanı bölgəsində prezident seçkiləri ilə əlaqədar seçki məntəqələrinin qurulması göstərilib. Qərara əsasən, həmin diplomat ölkədən çıxarılacaq.

Buna cavab olaraq, Rusiya XİN bildirib ki, Moldovada səfirliyik əməkdaşının “persona non qrata” elan edilməsi qərarına cavab veriləcək.