“Xalqın mədəni sərvəti” Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunacaq

“Xalqın mədəni sərvəti” Cabbar Qaryağdıoğlunun xatirəsinə həsr olunacaq

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 27-29 mart tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edəcək.

Filarmoniyadan Birxeber.Az-ya verilən xəbərə görə, üçüncü dəfə keçiriləcək layihə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlunun əziz xatirəsinə həsr olunacaq.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvar tarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16 fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.