KİV: Putin Çinə səfər edəcək

KİV: Putin Çinə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin may ayında Si Cinpinlə danışıqlar aparmaq üçün Çinə gedəcək, bu Kreml rəhbərinin yeni prezidentlik müddətində ilk xaricə səfəri ola bilər.

Mənbələr Putinin Çinə səfərinin may ayının ikinci yarısında baş tutacağını bildirib. Mənbələrdən ikisi Putinin səfərinin Si Cinpinin Avropaya planlaşdırılan səfərindən əvvəl baş tutacağını bildirib.

Kreml məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Çin Xarici İşlər Nazirliyi də xəbərə münasibət bildirməyib.