Gürcüstan Anakliya limanının inşasına iyunda başlayacaq

Gürcüstan Anakliya limanının inşasına iyunda başlayacaq

Gürcüstan Qara dəniz sahilində dərin özüllü Anakliya limanının inşasına cari ilin iyununda başlayacaq.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. O, tenderla bağlı prosedurların mayda yekunlaşacağını əlavə edib.

Kobaxidze qedib ki, Anakliya limanının tikintisi işlərinin birinci və əsas mərhələsi 2 ilə tamamlanacaq.