"Kapital Bank" Azərbaycanda ona rəqib olan bankların adlarını açıqlayıb

"Kapital Bank" Azərbaycanda ona rəqib olan bankların adlarını açıqlayıb

"Kapital Bank" Azərbaycanda ona rəqib olan bankların adlarını açıqlayıb.

"Birxeber.Az-Economics" bu barədə banka istinadən xəbər verir. Qeyd edilib ki, son illər Azərbaycanda startap mühitinin formalaşması və inkişafı maliyyə xidmətlərinin göstərilməsində yeni innovativ həllər həyata keçirəcək həm banklar, həm də qeyri-banklar tərəfindən yeni rəqiblərin formalaşması imkanlarını artırır. Məhsul və xidmətləri qismən və ya daha az rəqəmsallaşdırılan rəqib banklar növbəti dövr üçün strateji baxışlarına bu istiqamətdə inkişafı daxil ediblər. Bank sektorunda kapital tələbinin olması, maliyyə xidmətləri və situasiyaları təklif edən gənc şirkətlərin bazara əsasən mövcud banklarla əməkdaşlıq çərçivəsində daxil olacağı gözlənilir. Xarici bazarlarda uğur qazanan FinTech şirkətlərinin Azərbaycanın bank- maliyyə sektoruna daxil olacağı da gözlənilir.

Bildirilib ki, Azərbaycan ərazisində rəqabət apardığı əsas bankların siyahısına riteyl bankçılıq üzrə "Pasha Bank", "Azarbaycan Beynalxalq Bankı", "Bank of Baku", "Express Bank", "Rabitabank"dır. Korporativ, KOS va mikro bankçılıq üzrə isə bankın "Access Bank", "Respublika Bank", "Yelo Bank", "UniBank” və digər bankları aid etmək olar.