Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək

Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək

Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Qərara əsasən, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Belqorod vilayətindən 9 minə yaxın uşaq başqa bölgələrə köçürüləcək.

Xatırladaq ki, ötən həftənin əvvəlindən etibarən Ukrayna ordusu Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumlar edir. Hücumlar nəticəsində ən azı iki nəfərin öldüyü bildirilib.