Aİ Şurası COP29-un uğurlu nəticələri naminə Azərbaycanla əməkdaşlığa ümid edir

Aİ Şurası COP29-un uğurlu nəticələri naminə Azərbaycanla əməkdaşlığa ümid edir

Avropa İttifaqı (Aİ) Şurası COP29-un uğurlu nəticələri naminə Azərbaycanla əməkdaşlığa ümid edir.

Birxeber.Az xəbər verir ki, bu barədə Aİ Şurasının martın 18-də təsdiqlədiyi “Yaşıl Diplomatiya” ilə bağlı nəticələrində qeyd edilib.

“Şura Birləşmiş Ərəb Əmirliklərinə Dubayda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP28) ev sahibliyi etdiyi üçün təşəkkür edir və BƏƏ konsensusunun qəbul edilməsini alqışlayır. Aİ COP29 və COP30-un nəticələrinin uğurlu və iddialı olması istiqamətində hazırkı sədrlik üçlüyü - Birləşmiş Ərəb Əmirlikləri, gələcək COP sədrlikləri Azərbaycan və Braziliya da daxil olmaqla, bütün tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyir”, - deyə sənəddə vurğulanıb.