“Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

“Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Milli-mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan Şirkətlər Qrupu Müşahidə Şurasının sədri Abdolbari Gozalın təşəbbüsü ilə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda 10 mindən çox ailəyə bayram sovqatı paylayıb.

Birxeber.Az-Economics” xəbər verir ki, ötən il ərzində “Azersun Holding”ə məxsus markalar tərəfindən onlarla Korporativ Sosial Məsuliyyət və humanitar yardım layihələri həyata keçirib. Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azersun Holding”də 20 mindən artıq insan daimi iş yeri ilə təmin olunub. Bu illərdə ümumilikdə 30-dan artıq istehsal müəssisəsi istismara verən şirkətlər qrupu Bakıda və bölgələrdə məşğulluğun təmin olunmasında mühüm rol oynayır.