Türkiyədə avtomobil dayanacağa çırpılıb, 4 nəfər ölüb
Türkiyədə avtomobil avtobus dayanacağına çırpılıb, ölənlər var.
APA TRT Haber-ə istinadən xəbər verir ki, hadisə Konya şəhərində baş verib.
Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı avtobus dayanacağına çırpılıb. Qəza zamanı dayanacaqda olanlardan 4 nəfəri ölüb, 5 nəfər isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.