Qaxda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Qaxda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb

Qaxda minik avtomobili ağaca çırpılıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Azsamant” markalı minik avtomobili arxa şinin partlaması səbəbindən idarəetməni itirib. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri olan 1980-cı il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.