Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəddir

Qurban Qurbanov “Beşiktaş”ın baş məşqçi postuna əsas namizəddir

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov Türkiyənin “Beşiktaş” klubunun baş məşqçi postuna əsas namizəddir.

“Report”un “Yeni Asır” nəşrinə istinadən məlumatına görə, İstanbul təmsilçisinin bu vəzifə üçün artıq bir neçə variantı var.

Həmin siyahıya isə azərbaycanlı mütəxəssis başçılıq edir. Bildirilib ki, “ağ-qaralar”ın idman direktoru Samet Aybaba bununla bağlı Qurbanovun özü ilə əlaqə saxlayıb. Aybaba həmkarından mövsümün sonunda Superliqada işləmək istəyib-istəmədiyini soruşub. Klub rəhbərliyi hazırkı baş məşqçi Fernandu Santuşla yayda yollarını ayırmağı nəzərdən keçirir.

Qeyd edək ki, Fernandu Santuşun “Beşiktaş”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir. Komanda hazırda Superliqada 46 xalla 4-cü pillədə qərarlaşıb.