Azərbaycan amputant millisinin rəhbəri: İkinci yer uğrunda mübarizə aparmaq məcburiyyətindəyik

Azərbaycan amputant millisinin rəhbəri: İkinci yer uğrunda mübarizə aparmaq məcburiyyətindəyik

İkinci yer uğrunda mübarizə aparmaq məcburiyyətindəyik.

Bunu "Birxeber.Az"a açıqlamasında Azərbaycan amputant millisinin rəhbəri Elnur Sadıqov AVRO-2024-ün final mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

O, C qrupundakı rəqiblər İsrail, Türkiyə və İrlandiya yığmaları haqqında danışıb: "Qardaş ölkə Türkiyənin komandası son dünya çempionudur. Onları qrupun favoriti hesab edirəm. İlk görüşümüz İrlandiyaya qarşı olacaq. Onlara qalib gəlmək, ən pis halda heç-heçə etmək niyyətindəyik. Daha sonra Türkiyə ilə üz-üzə gələcəyik. Sonra bir axsama olmasa, İsrailə qalib gəlməyi düşünürük".

"Türklərlə birlikdə qrupu ilk sıralarda bitirmək istəyirik. Çətin də olsa, bunu bacarmağa çalışacağıq. Son günədək rəqibləri təhlil edəcəyik. Ümumiyyətlə, bu yarışda zəif kollektiv yoxdur. Turnirə yüksək səviyyədə hazırlaşırıq", - deyə yığmanın rəhbəri bildirib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-8-i aralığında Fransada təşkil olunacaq.