Qubada əmisinin fermasından mal-qara oğurlayan şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kəndi ərazisində olan fermadan oğurluq edilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Birxeber.Az"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu etməkdə şübhəli bilinən rayon sakinləri Ümid Mehdiyev və İlham Rəcəbli saxlanılıblar.
Həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 6 baş iribuynuzlu və 2 baş xırdabuynuzlu heyvan oğurlamaqla ümumilikdə zərərçəkmişə 6 800 manat ziyan vurublar.
Oğurluq edilən ferma İ.Rəcəblinin əmisinə məxsusdur.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.