“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

“Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, həmçinin, tələbatın artması və çoxsaylı təklifləri nəzərə alaraq, martın 19-da Ağcabədi şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsi 201A ünvanında “Azpetrol” şirkətinin sayca 104-cü yanacaqdoldurma məntəqəsinin (YDM) rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində şirkətin Baş direktoru Ceyhun Məmmədov, əməkdaşları və Ağcabədi RİH-in müavini Toğrul Bünyatov iştirak edib.

YDM-in istifadəyə verilməsi yeni, 26 iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Xatırladaq ki, “Azpetrol” şirkətin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi, 4 CNG (sıxılmış təbii qaz) tipli qazdoldurma postu, 4 LPG postu (propan-butan), 1 CNG tipli terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

"Azpetrol" - Daim inkişafa doğru!