ABŞ şist neft hasilatını artıracaq

ABŞ şist neft hasilatını artıracaq

2024-cü ilin aprelində ABŞ-da şist neft hasilatı mart ayı ilə müqayisədə 10 min barel artacaq - sutkada 9,759 milyon bareldən 9,769 milyon barelə qədər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının hesabatında deyilir.

Mart ayında faktiki şist neft hasilatı departamentin əvvəlki proqnozda gözlədiyi dəyərlərdən bir qədər yüksək olub və 9,759 milyon barel təşkil edib.

Hesabatda qeyd olunub ki, neft hasilatının sıx cəmləşdiyi yeddi rayonun üçündə artım gözlənilir.