Güləş üzrə süni intellektin tətbiqi işlərinin görülməsinə başlanılıb

Güləş üzrə süni intellektin tətbiqi işlərinin görülməsinə başlanılıb

2023-cü ildə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi tərəfindən süni intellektlə bağlı strategiya yaradılıb. Güləş idman növündə də süni intellektin tətbiqi ilə bağlı işlərin görülməsinə başlanılıb.

Birxeber.Az-Economics”in xəbərinə görə, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov 2023-cü il üzrə fəaliyyətə dair çıxışında deyib.

O bildirib ki, artıq media üçün süni intellektlə bağlı müəyyən həllər hazırlanaraq təqdim olunub.

F.Cəfərov qeyd edib ki, SİRİ (Ağıllı Sənayeyə Hazırlıq İndeksi) qiymətləndirməsi Azərbaycanda sənaye sektorunda rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi tətbiq edilməyə başlanılıb.