İnquşetiyada bacısını güllələməkdə şübhəli bilinən şagird saxlanılıb

İnquşetiyada bacısını güllələməkdə şübhəli bilinən şagird saxlanılıb

İnquşetiyada 17 yaşlı yeniyetmə, 11-ci sinif şagirdi bacısını tüfənglə yaralamaqda şübhəli bilinir.

APA xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat yayıb.

“İstintaqın məlumatına görə, 17 yaşlı gənc qəfil mübahisə zamanı ov tüfəngindən 24 yaşlı qadına atəş açıb”, - deyə məlumatda deyilir.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb.