Türkiyənin XİN rəhbəri Ukraynadakı münaqişənin 2024-cü ildə bitəcəyini gözləmir

Türkiyənin XİN rəhbəri Ukraynadakı münaqişənin 2024-cü ildə bitəcəyini gözləmir

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, 2024-cü ildə Ukrayna böhranının həllini gözləmək lazım deyil.

“Birxeber.Az” xəbər verir ki, bu barədə nazir “CNN Türk” telekanalında bildirib.

“Çox baha başa gələn boks görüşü gedir. Münaqişənin digər regionlara, Şərqi və Mərkəzi Avropaya sıçraması təhlükəsi var, nüvə silahından danışılır. Biz görürük ki, Avropada bir sıra siyasətçilər tədricən riskləri dərk etməyə başlayırlar.

Avropa bizdən daha çox narahat olmalıdır. Ancaq 2024-cü ilə gəlincə, düzünü desəm, həll üçün əsas görmürük”, - deyə o, bildirib.