Ərdoğan: “Türkiyə Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasında istənilən vasitəçi rolunu oynamağa hazırdır”

Ərdoğan: “Türkiyə Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasında istənilən vasitəçi rolunu oynamağa hazırdır”

Türkiyə Ukraynada danışıqlar masasına qayıtmasında istənilən vasitəçi rolunu oynamağa hazırdır.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Türkiyə Prezidenti Administrasiyasının yaydığı məlumata görə, Prezident Ərdoğan Ankara-Moskva münasibətlərindəki müsbət kursun yeni dövrdə getdikcə daha çox davam edəcəyinə inandığını bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub.

Ərdoğan Putini yenidən Rusiya prezidenti seçilməsi münasibətilə təbrik edib.