Ərdoğan: "Bu yay Suriyada yarımçıq qalan işlərimizi tamamlayacağıq"

Ərdoğan: "Bu yay Suriyada yarımçıq qalan işlərimizi tamamlayacağıq"

Türkiyə bu ilin yay aylarından etibarən İraq sərhədinin təhlükəsizliyini tam təmin edəcək.

Birxeber.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərlə keçirilən iftar mərasimində deyib.

“Yay aylarından etibarən İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik, Suriyada isə yarım qalan işlərimizi mütləq tamamlayacağıq”, deyə Ərdoğan qeyd edib.

Bundan əlavə, Türkiyə lideri Çanaqqala şəhidlərini yad edərək bölgədə terrordan azad bir mühitin yaradılmasını təkcə şəhidlərə deyil, gələcək nəsillərə də bir borc kimi gördüyünü vurğulayıb