Məhkəmələr ötən il 281 bəraət hökmü çıxarıb

Məhkəmələr ötən il 281 bəraət hökmü çıxarıb

Ötən il Azərbaycan məhkəmələri tərəfindən ümumilikdə 281 bəraət hökmü çıxarılıb.

Birxeber.Az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, bu işlərdən 148-i narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 55- i mülkiyyət eləyhinə, 40-ı həyat və sağlamlıq eləyhinə, digərləri isə qalan cinayət işləri üzrə olub.